Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

KİV:Sərhəddə döyüşlər Paşinyanın oğlunun tərxis olunmasından üç gün sonra başlayıb

KİV: Sərhəddə döyüşlər Paşinyanın oğlunun tərxis olunmasından üç gün sonra başlayıb

Azərbaycan-Ermənistan sərhədində gərginlik Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun ordudan tərxis olunmasından üç gün sonra başlayıb.

Yenixeber.org: Bu barədə “Qazeta.ru”da dərc olunan məqalədə bildirilir.

“Müşahidəçilər qeyd edirlər ki, Azərbaycanla silahlı toqquşma Paşinyanın oğlu Aşotun ordudan tərxis olunmasından üç gün sonra baş verib. Baş nazirin tənqidçiləri bu məqamı təsadüfi saymır və hesab edirlər ki, Paşinyan hərbi-siyasi qərarlar qəbul edərkən tez-tez şəxsi maraqlarını ön plana çəkir. Axı Paşinyanın oğlu xidmət edərkən vəziyyət sakit idi və birdən gözlənilmədən gərginlik yarandı”, - məqalədə deyilir.

Məqalənin müəllifi qeyd edir ki, təxribatların əsl məqsədi Paşinyanın Ermənistan əhalisini daxili problemlərdən yayındırmaq niyyətidir.

Rusiya İnnovativ İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin rəhbəri, məşhur rusiyalı politoloq Andrey İvanov məsələ ilə bağlı deyib ki, Paşinyan Ermənistandakı iqtisadi böhranın öhdəsindən gələ bilmədi, vətəndaşlarına heç bir nailiyyət nümayiş etdirə bilmədi, buna görə də açıq siyasi təxribatlara əl atdı: "Bu yolla Ermənistanın baş naziri əhalinin diqqətini bu günə qədər yığılıb qalan daxili problemlərdən, o cümlədən iqtisadi problemlərdən yayındırmağa çalışır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam