Bakı sakinləri şəhid polkovnik İlqar Mirzəyevin cənazəsini qarşılamaq üçün yürüş ediblər.
Yenixeber.org: Xətai və Nizami rayonunda yüzlərlə insan bir neçə küçə boyunca yürüş edərək "Şəhidlər ölməz, vətən bölünməz" şüarını səsləndiriblər.
Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun hərbçiləri qəhrəmancasına şəhid olub.