Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ombudsman həlak olan mülki şəxsin evinə getdi -FOTOLAR

Ombudsman həlak olan mülki şəxsin evinə getdi -    FOTOLAR
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşinə tutduğu Tovuz rayonunun Ağdam kəndində olub.
Yenixeber.org: Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Ombudsman artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 76 yaşlı Əzizov Əziz İzzət oğlunun evinə baş çəkib. S. Əliyeva bildirib ki, Ermənistan Azərbaycana qarşı növbəti təcavüz aktı törədib.



Baş verənlərlə bağlı monitorinq aparmaq üçün Tovuza gəldiklərini deyən Ombudsman mülki əhaliyə qarşı təcavüz törədildiyini vurğulayıb. O, toplanmış fakt və materiallar əsasında geniş hesabatı hazırlayaraq, beynəlxalq təşkilatlara göndərəcəklərini bildirib. Ombudsman Ermənistan Silahlı Qüvvələrinin təcavüz aktı nəticəsində Ağdam kəndinin sakini Əziz Əzizovun qətlə yetirildiyini diqqətə çatdırıb.



S. Əliyevanın sözlərinə görə, əlil olan, ahıl yaşlı Əziz Əzizov axşam yeməyinə hazırlaşarkən Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşi ilə qətlə yetirilib: “Ahıl yaşlı Əziz Əzizov yeməyə hazırlaşarkən bu faciə baş verib. Çörək masanın üstündə qalıb”.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam