Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Tramp-ABŞ-ın NATO-dan çıxmasını istəmir

Tramp ABŞ-ın NATO-dan çıxmasını istəmir
ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxmasını istəmədiyini, ancaq müttəfiqlərin ödəniş etməli olduğunu deyib.
Yenixeber.org: Bu barədə ABŞ lideri "Washington Post"a müsahibəsində bildirib.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton öz xatirələr kitabında qeyd edib ki, Tramp NATO-nun 2018-ci il zirvə görüşündə alyans liderlərini ÜDM-in 2% həddində rüsum ödəmədikləri halda, qurumdan çıxacağı ilə hədələmək istəyib.

Onun sözlərinə görə, bundan sonra dövlət katibi Mayk Pompeo ilə NATO-dan ayrılmaq təhlükəsi barədə danışıblar və ABŞ-ın rüsumunu azaltmaq şərtilə, Trampı ittifaqda qalmağa inandırmaq qərarına gəliblər. Nəticədə Tramp Boltonun tövsiyələrini qəbul edib.

ABŞ lideri NATO-ya dəstək verəcəyini deyib, lakin hələ də kiçik müdafiə büdcələri olan ittifaq ölkələrini tənqid edib.

Tramp müsahibəsində ÜDM-in 2% -nin də çox az olduğunu vurğulayıb: "Demək olar ki, heç bir məbləğ ödəməyənlər var idi, indi ödəyirlər. Mənə vacib bir sual verdilər: "Siz tərk edərdiniz ..." və mən cavab verdim: "bəli, tərk edərdim ". Əgər belə deməsən, onlar ödəniş etməyəcəklər”.

Trampın həqiqətən də ABŞ-ın NATO-dan çıxmasını istəməsinə gəlincə, o, mənfi cavab verib: "Xeyr, çıxmaq istəmirəm. Ancaq istəyirəm ki, paylarını ədalətli şəkildə ödəsinlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam