Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

PA-nın rəhbər vəzifələrində işləyənlər pensiyaya bu qaydada çıxacaq

 

 

 Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin ləğv edilmiş müavini vəzifəsində çalışmış şəxslərə pensiya təyin edilməsi ilə bağlı məsələnin tənzimləmək üçün İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırma aparılıb. 

Yenixeber.org: Məlumata görə, Nazirlər Kabineti bununla bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na müvafiq hissə əlavə edib.

 

Beləliklə, Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin ləğv edilmiş müavini dövlət qulluqçusu vəzifəsi Prezident Administrasiyasının şöbə müdiri vəzifəsinə bərabər qəbul ediləcək. 

 

Xatırladaq ki, Prezident Administrasiyasında aparılan son struktur islahatları çərçivəsində Prezident Administrasiyası rəhbərinin müavinləri postları ləğv edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam