Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Çin XİN:"ABŞ-ın ÜST-dən çıxması COVID-19-la mübarizədə səyləri sarsıdır"

“ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tərk etmək barədə qərarı koronavirus pandemiyası ilə mübarizədə səyləri sarsıdır. Beynəlxalq ictimaiyyəti ÜST-ə dəstəyi gücləndirməyə çağırırıq”.

Yenixeber.org: Bunu bu gün Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Çjao Litszyan deyib.

“ÜST qlobal ictimai səhiyyənin təhlükəsizliyinin təmin edilməsi sahəsində ən nüfuzlu və etibarlı təşkilatdır. Eyni zamanda ÜST beynəlxalq ictimaiyyətin COVID-19 pandemiyası ilə mübarizədə əlaqələndirmə fəaliyyətinin təşkilində açar və əvəzolunmaz rol oynayır”, – deyə diplomat vurğulayıb.

Onun sözlərinə görə, bu addım ABŞ-ın öz qərarlarında birtərəfli siyasi fəaliyyətə tərəfdar olduğunun növbəti sübutudur.

“Biz ABŞ-ı məsuliyyətli olmağa və öz beynəlxalq öhdəliklərini icra etməyə çağırırıq”, – deyə Ç. Litszyan qeyd edib.

Xatırladaq ki, ABŞ BMT Baş katibinə ÜST-dən çıxmaq barədə bildiriş göndərib. Qərar 2021-ci il 6 iyulda qüvvəyə minməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam