Bu ölkədə son dörd gündə koronavirusa yoluxan olmayıb

Latviyada ardıcıl dörd gün koronavirusa yoluxma halı qeydə alınmayıb.
Yenixeber.org: Bu barədə “RİA Novosti” ölkənin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinə istinadla xəbər yayıb.
Bildirilir ki, pandemiyanın başlanğıcından etibarən 141 713 test keçirilib. Koronavirus aşkarlanan 1 111 nəfərdən 30-u ölüb.
İyunun 24-nə olan məlumata görə, yoluxanlardan 903 nəfər və ya 81,4%-i sağalıb.
8 nəfər xəstəxanalarda müalicə olunur, onların 7-sinin vəziyyəti orta-ağır, birinin vəziyyəti ağırdır.