Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Zelenski İranı beynəlxalq məhkəmə ilə hədələdi-SƏBƏB

“İran nəinki Ukraynaya “qara qutu”nu qaytarmır, eyni zamanda, digər vədlərinə də əməl etmir”.

Yenixeber.org: Bunu Ukrayna Prezidenti Vladimir Zelenski “The Globe and Mail” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Tehran Ukraynanın İran tərəfindən yanvar ayında vurulan “Boeing” təyyarəsi ilə bağlı fəlakətlə əlaqəli araşdırmalarda ikitərəfli əməkdaşlıq etməsə, Kiyev beynəlxalq məhkəmə qurumlarına müraciət edəcək: “Məsələ yalnız “qara qutu”ları bizə qaytarmamaları deyil, digər vədlərinə də əməl etməmələridir. Onlar rəsmən üzr istəməli, layiqli təzminat ödəməli, vədlərinə əməl etməlidirlər. Bu, baş verməzsə, seçimimiz qalmayacaq - beynəlxalq məhkəmələrə müraciət edəcəyik və İran bizim mövqeyimizi bilir”.

Zelenski Ukraynanın hansı beynəlxalq məhkəməyə müraciət etmək istədiyini açıqlamayıb.

O qeyd edib ki, İran vədlərin yerinə yetirilməsinin gecikməsini koronavirus pandemiyasının nəticələri ilə izah edir: “Bu problemi qeyri-müəyyən müddətə təxirə salmaq olmaz, çünki biz kifayət qədər gözləmişik”.

Xatırladaq ki, bu il yanvarın 8-də Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi Tehran hava limanından çıxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Nəticədə İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olan 176 nəfər həlak olub.

İran hərbi qüvvələri yanvarın 11-də təyyarənin səhvən vurulduğunu etiraf edib. Belə ki, təyyarə İranın hərbi obyekti yaxınlığında uçub və bunu "düşmən hədəfi" hesab edərək kruiz raketlə vurublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam