Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gədəbəyə yağan dolu bir sıra fəsadlar törətdi -FOTOLAR

 

Bu gün günorta saatlarında Gədəbəy rayonuna güclü yağış yağıb, dolu düşüb. 

Yenixeber.org: Qərb Mərkəzimizin məlumatına görə, rayonun Göyəlli, Qaradağ, Rəhimli, Soyuqbulaq, Slavyanka və digər bir neçə kəndinə yağan güclü yağış və dolu kənd təsərrüfatına ciddi ziyan vurub. 

Dolu və yağış suları əkin sahələrinə, meyvə ağaclarına və avtomobil yollarına zərər vurub. Güclü külək bir neçə ağacın iri budaqlarını sındırıb. 

 


 

Müəyyən yerlərdə elektik enerjisinin verilməsində fasilələr yaranıb. Bəzi kəndlərdə isə bir neçə avtomobil sel sularının yaratdığı fəsadlar səbəbindən yolda qalıb.

Yağıntılı hava şəraiti Gədəbəy şəhərində də bir sıra fəsadlar törədib, güclü yağış zamanı mərkəzi avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşdirib. 

Xatırladaq ki, bu gün Qərb bölgəsinin digər dağlıq rayonlarından biri olan Daşkəsən rayonuna da güclü yağış yağıb, dolu düşüb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam