Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsmayıllıda güclü külək və leysan yağış fəsadlar törədib - VİDEO

 

İsmayıllı rayonunda güclü külək və leysan yağış bir sıra fəsadlar törədib.

Yenixeber.org:  Təbii hadisə nəticəsində evlərə, ağaclara, elektrik xətlərinə ciddi ziyan dəyib.

Güclü külək bir neçə evin və sosial obyektin dam örtüyünə ziyan vurub. Təbii hadisə zamanı rayonda məcburi köçkünlər üçün salınan "Qarabağ" yaşayış massivində məskunlaşan Şuşa sakini, 1969-cu il təvəllüdlü Mirzəliyev Rövşən Hümbət oğluna məxsus fərdi yaşayış evinin dam örtüyü tamamilə qopub, yağış suları evə ciddi ziyan vurub. Ailə üzvləri qonşuların köməyi ilə təhlükəsiz yerə köçüb.

Hadisə zamanı "Cənnət bağı" istirahət mərkəzinin qarşısında dayanan avtobusun içinə sel suları və lil dolub. Avtobusun Gəncədən turist gətirdiyi bildirilir. Hadisə zamanı avtobusda sərnişin olmayıb. 

Güclü külək nəticəsində rayon mərkəzində elektrik enerjisinin təchizatı dayanıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ziyan dəyib. Hazırda rayonda güclü külək və leysan yağış davam edir. (Report)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam