Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Fransada-koronavirus qurbanlarının sayı 29,4 mini ötdü

 

Fransada son bir gündə koronavirusdan ölənlərin sayı doqquz nəfər təşkil edir.

Yenixeber.org: RİA “Novosti” xəbər verir ki, bu barədə hökumətin saytında bildirilir.

Qeyd edilir ki, ölkədə ümumilikdə 29 407 nəfər koronvirusdan ölüb. Koronavirus xəstələrinin 19 023-ü xəstəxanalarda vəfat edib. Sosial və tibbi-sosial müəssisələrdə qeydə alınmış ölümlər haqqında məlumatlar iyunun 16-da yenilənməlidir.

Məlumata görə, hazırda xəstəxanalarda 10 881 insan müalicə edilir.

Epidemiyanın başlanğıcından 72,8 mindən çox insan sağalıb və evə buraxılıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam