Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fransada-koronavirusdan ölənlərin sayı 21 mini keçdi

 

 

Fransada ötən sutkada 544 nəfər pandemiyanın qurbanı olub.

Yenixeber.org: “RİA Novosti” xəbər verir ki, bu barədə ölkə Səhiyyəsi Baş idarəsinin direktoru Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ölkədə virusdan ölənlərin sayı 21 340-a yüksəlib.

“Xəstəxanalarda epidemiyanın başlamasından bəri 13 236 nəfər ölüb, onların 80% -i yaşı 75-dən yuxarı olan insanlardır. Qocalar evlərində, digər tibb və sosial müəssisələrdə isə 8 104 nəfər pandemiyanın qurbanı olub. Ölkədə ümumilikdə koronavirusdan 21 340 şəxs dünyasını dəyişib”, - o deyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 604 000-i ötüb. Bunların 712 260 nəfəri sağalıb, 181 418 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam