Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanda siyasi həbslər davam edir -18 nəfər saxlanıldı (VİDEO)

Ermənistanda siyasi həbslər davam edir -  18 nəfər saxlanıldı (VİDEO)
Ermənistan polisi "Adekvad” ictimai-siyasi təşkilatının rəhbəri Artur Danielyan, "Vətən" partiyasının idarə heyətinin üzvü Arsen Babayan və hüquq müdafiəçilərinin saxlanıldığı polis binasının qarşısına toplaşan bir sıra digər şəxsləri tutub.
Yenixeber.org: Ermənistan polisi daha əvvəl hüquq müdafiəçisi Ruben Melikyanı parlament binası qarşısında təkbaşına piket keçirdiyi üçün saxlayıb.

Melikyan hakimiyyətdən vətəndaşların dinc aksiya və toplaşma hüquqlarına zəmanət verməsini tələb edirdi.

“Vətəndaşlara dinc aksiya azadlığının qaytarılmasını tələb edirik. Dörd aydır ki, bu hüquq əlimizdən alınıb”, - Melikyan jurnalistlərə bildirib.

Aksiyaya bir sıra hüquq müdafiəçiləri, o cümlədən Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan da qatılıb. O, həmçinin deputatları bu məsələni müzakirə etməyə çağırıb.

Bundan başqa, polis erməni fəal Babken Arutyunyanı da tutub. Ermənistan KİV-ləri isə ümumilikdə 18 nəfərin saxlandığını yazır.

Qeyd edək ki, “Vətən” partiyasına Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan rəhbərlik edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam