Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

MÜBARİZ MƏNSİMOVUN İSTİNTAQI BAŞA ÇATIB - İttiham aktında nələr var?

FETÖ terror təşkilatının liderləri ilə münasibətlərdə ittiham olunaraq həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı istintaq başa çatıb. Virtualaz.org bildirir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Yenixeber.org: Nəşrin yazdığına görə, İstanbul Prokurorluğu “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimova qarşı 26 səhifəlik ittiham aktı hazırlayıb. İttiham aktında şübhəlinin FETÖ terror təşkilatına aid olmasının təfərrüatı, həmçinin muzeydə hərəkat lideri Fətullah Gülənin şəxsi əşyalarını sərgilədiyi bildirilir.

Prokurorluq bu sənəddə Mübariz Mənsimovun FETÖ liderləri Akın İpək, Suat Yıldırım, Süleyman Uysal ilə yaxın olmasına, telefonla əlaqə saxladığına dair sübutlar da təqdim edir. İstanbul Prokurorluğu, həmçinin iddia edir ki, Mübariz Mənsimov iş otağından FETÖ terror təşkilatının Rusiyadakı imamı Əhməd Hamdi Vural ilə əlaqə saxlayıb və bu zaman ehtiyat tədbiri olaraq danışıqların eşidilməsinin qarşısını alan xüsusi “Jammer” avadanlığından istifadə edib.

Nəşr xatırladır ki, “Palmali” qrupunun yaradıcısı Mübariz Mənsimov FETÖ terror təşkilatı ilə əlaqəli iş çərçivəsində İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində bu il martın əvvəlində tutulmuşdu. M. Mənsimov İstanbul Polisinin Maliyyə Cinayətləri Departamentinin əməkdaşları tərəfindən nəzarətə alınmış və iş adamının yaşayış yerində axtarış aparılmışdı.

Nəşr ittiham aktına əsasən bildirir ki, M.Mənsimov terrprçu təşkilatın rəhbəri Fətullah Gülənlə şəxsən görüşüb və hətta onun şəxsi əşyalarını öz muzeyində sərgiləyib. Prokurorluq, həmçinin Mənsimovu Türkiyənin xaricində fəaliyyət göstərən FETÖ terror təşkilatının hücrələri və məktəblərinə maddi yardım göstərməkdə ittiham edir.

İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovla FETÖ terror təşkilatı rəhbərliyi arasındakı əlaqələrin intensivliyini və bu təşkilatın tərkibindəki fəaliyyətini nəzərə alaraq, ona "Silahlı terror təşkilatında iştirak" maddəsi ilə ittiham irəli sürüb. İş adamı yaxın günlərdə İstanbul Ağır Cəza Məhkəməsində mühakimə olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam