Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyədə-COVID-19-a yoluxanların sayı 173 mini ötdü

 

Ötən gün ərzində Türkiyədə koronavirusdan 17 nəfər ölüb.

Yenixeber.org: Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da COVID-19-dan ölənlərin sayı 4 746 nəfərə çatıb.

Son sutka ərzində təhlükəli virusa daha 922 nəfər yoluxub. Bununla da koronavirusa yoluxanların sayı 173 036 nəfərə yüksəlib. 

Bu gün koronavirusla bağlı 36 521 test aparılıb. Beləliklə, yeni növ virusla bağlı aparılan teslərin sayı 2 451 700-ə çatıb.

Nazir bildirib ki, son gündə 2 241 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 146 839 nəfər təşkil edir.  

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,3 milyonu ötüb. Bunların 3,6 milyon nəfərdən çoxu sağalıb, 414 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam