Redaktor seçimi
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Azərbaycanlı deputat ermənipərəst senatora niyə sponsorluq edib? – Məşhur Məmmədov-David Storobin DOSTLUĞUNUN PƏRDƏARXASI-
Saray qəsəbəsində Parket Fabrikinin tikintisinə necə icazə verilib?! –
Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -
Gəncə Dövlət Universiteti ilə bağlı ŞOK FAKTLAR:
Günün xəbəri

Bu günə -38 dərəcə isti gözlənilir

 
Bu gün Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam