Redaktor seçimi
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Günün xəbəri

Bakıda küçəyə çıxmağa qadağa qoyulur? - AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi dünən Azərbaycanda koronavirusa yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub.

Yenixeber.org: Belə ki, 165 nəfərdə yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölkə ərazisində koronavirusa yoluxanların sayı çoxalma dinamikası ilə davam edərsə bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyula bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bununla bağlı qərarları Operativ Qərargah verir: "Hər kəsin ekspert kimi çıxış edərək yol göstərməsi pandemiya ilə mübarizəyə maneə ola bilər. Çünki Operativ Qərargahda daha geniş məlumatlar var. Onlar bilirlər ki, yoluxma həddi, ağır, yüngül xəstələrin sayı və ölənlərin sayı nə qədərdir, proqnoz necədir. Bizim vətəndaş kimi borcumuz qoyulan qaydalara əməl etmək, tövsiyyələri yerinə yetirmək, sosial məsafəni qorumaq, qoruyucu tibbi maskalardan və əlcəklərdən istifadə etmək, sanitar-gigyenik normaları qorumalıyıq. Koronavirusun nə qədər ki, vaksini tapılmayıb, biz hamımız özümüzü və yaxınlarımızı qorumalıyıq. Təbii ki, qərarları hökumət və Operativ Qərargah verəcək. Bu barədə nəyisə fikir söyləməyimiz doğru olmaz. Amma mən bu barədə nikbinəm. Çünki yoluxanların sayı artsa da, müşahidələr onu göstərir ki, çoxusu ağır xəstələr deyil. Artıq Operativ Qərargahın nəzarəti altında proses gedir. Sağalanların da sayı artır. Əsas məsələ prosesin nəzarət altında olmasıdır. Amma hansı tədbirlər görülə biləcəyi Operativ Qərargahın səlahiyyətindədir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam