Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Səfirlik

İran daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Səfirlik
Fələstin, Qarabağ və İslam dünyasının digər münaqişələrinin həllinə dəstək üçün İslam həmrəyliyi məsələsinin diqqət mərkəzində saxlanması İranın xarici siyasətinin prioritetlərindəndir.
Yenixeber.org: Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Beynəlxalq Qüds Günü münasibəti ilə açıqlamasında deyilir.

Qeyd edilib ki, İslam inqilabı rəhbərinin İslam dünyasındakı xüsusi mövqeyini nəzərə alaraq onun Qarabağın müsəlman əhalisinin hüquqlarının pozulmasına diqqət ayırması və bunu Fələstin məsələsi ilə bir sırada səsləndirməsi İslam dünyasının, həmçinin İslam dövlətlərinin ictimai rəyinin Qarabağ məsələsinə yönəlməsində xüsusi rolu olub.

İran dövləti keçən illər ərzində Ali rəhbərin təyin etdiyi siyasətə əsasən daim Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq prinsiplər əsasında ədalətli həll edilməsini təkidlə vurğulayıb. Ölkəmiz daim beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

Səfirliyin açıqlamasında İranın Fələstin xalqının azadlıq mübarizəsi ilə tam həmrəy olduğu vurğulanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam