Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Havanın temperaturu 34 dərəcəyə yüksələcək- PROQNOZ

Mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 15-18° isti, gündüz  23-27° isti, Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa  enəcək. Nisbi rütubət 70-75 %, gündüz 40-45% olacaq.

Tibbi-meteoroloji proqnoz:

Mayın 21-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki,  bu da bəzi meteohəssas insanlarda narahtlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 30-34° isti, dağlarda gecə 6-11° isti, gündüz 17-22°  isti olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam