Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"İndiyə kimi bunu niyə demirdiniz?" - Spiker Aydın Mirzəzadəyə irad tutdu

Deputat Aydın Mirzəzadə parlamentdə gündəliyə əlavələr üçün ayrılan vaxtın yarım saatdan bir saata qaldırılmasını təklif edib. 

Yenixeber.org: Deputat bildirib ki, gündəliyin müzakirəsi üçün ayrılan yarım saat müddət azdır: “Bizim dövlətimizlə bağlı deyəcəyimiz sözümüz var. 40-a yaxın yeni deputat var. Onlar bəlkə də çıxış etmək istəyir. Ancaq yenidirlər deyə, texniki imkanlardan hələ tam yararlana bilmirlər”.

Spiker Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, yarım saat ayrılmış vaxt 30 ildir ki mövcuddur: “Aydın müəllim, indiyə kimi bunu niyə demirdiniz? Heç kim deyə bilməz ki, kiməsə danışmağa imkan verməmişəm. Elə olub ki, müddət 55 dəqiqəyə də qalxıb. Təklifinizi nəzərə alarıq, sadəcə mənə maraqlıdır ki, bunu niyə indiyə kimi deməmişdiniz?”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam