Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Bu təlimlər müharibənin ən böyük məşq hissəsidir”  - General

“Bu təlimlər müharibənin ən böyük məşq hissəsidir”  - General

Prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən, bu gündən mayın 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Yenixeber.org: Təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin, təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin, silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur.

Keçiriləcək təlimlərin irimiqyaslı olduğunu deyən sabiq briqada komandiri, general-leytenant Yaşar Aydəmirov Bütün heyətlər təlimdə tam şəkildə iştirak edəcəklər. Onun sözlərinə görə, eyni zamanda Müdafiə Nazirliyinin balansında olan ordu da təlimə qoşulub:

“10 min nəfərdən artıq şəxsi heyət, tanklar və digər ehtiyat növləri təlimə cəlb olunub. Əsas məqsəd odur ki, döyüş hazrılığı yüksək səviyyədə olsun, qoşunlar arasında qarşılıqlı əlaqələr yoxlanılsın. Təlimlərin keçirilməsi kəşfiyyat və rabitə baxımından çox vacibdir”.

Y.Aydəmirovun fikrincə, bu təlimlər həm də müharibənin ən böyük məşq hissəsidir:

“Bundan o yana təlimlər olmur. İrimiqyaslı təlimlər Ali Baş Komandanın təsdiq etdiyi plana əsasən illik planlı təlimlərdir. Bu təlimin əsas məqsədi sabah Ali Baş Komandan tərəfindən əmr verilsə, Qarabağın işğaldan azad olunması üçündür. Baxmayaraq ki, pandemiya baş verib, amma ordumuz təlimlərdə iştirak edir. Bütün hərbi ekspertlər bu təlimlərin izləyirlər. Ordumuzun hansı səviyyədə olduğunu öyrənirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam