Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Almaniyada türklərə hücum edən İŞİD-çi tutuldu

 

Almaniyada Bavariya polisi Valdkrayburq şəhərində türklərin obyektlərinə dəfələrlə hücumlar edən İŞİD terror təşkilatının üzvünü saxlayıblar.

Yenixeber.org: “RİA Novosti” xəbər verir ki, bu barədə polisin regional mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, saxlanılan şəxs əslən Türkiyədən olan 25 yaşlı Almaniya vətəndaşıdır. O, 16 aprel tarixindən 6 maya qədər türklərin işlətdiyi müxtəlif təyinatlı obyektlərə hücum təşkil etməkdə şübhəli bilinir.

İŞİD üzvü türklərin işlətdiyi bərbərxanaya, pizzaçıya və kabab dükanını daşlayıb. Sonuncu dəfə aprelin 27-də ərzaq mağazasını yandırıb. Yanğın nəticəsində 27 nəfər binadan təxliyə edilib. Nəticədə bir neçə nəfər xəsarət alıb, binaya ciddi ziyan dəyib.

Şübhəli şəxs 8 mayda Mühldorf şəhərinin dəmiryolu vağzalında biletsiz qatara mindiyi üçün saxlanılıb. Onun əl çantasına baxış keçirən polis orada kustar üsulla hazırlanan partlayıcı maddə aşkar edib. Nəticədə vağzal boşaldılıb və sərnişinlərin girişinə qadağa qoyulub.

Onun evinə baxış keçirilən zamanı partlayıcı maddələr və silah tapılıb. Nəticədə, polis təhlükəli materialları təhlükəsiz əraziyə aparmaq üçün binalardan ümumilikdə 84 nəfəri təxliyə etməli olub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam