Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu heyvan və meyvədə də koronavirus tapıldı

 

 Ümumdünya Səhiyyə Təşkilatına etibar etməsə də, yeni növ koronavirus testlərinin ölkəyə idxalına icazə verən Tanzaniya Prezidenti Con Maqufuli onları olduqca maraqlı üsulla sınaqdan keçirib.
Yenixeber.org: Ölkə başçısının təlimatı ilə laboratoriyalara insandan götürülməyən, saxta test nümunələri göndərilib.

Nəticələr həqiqətən təəccüblü olub. Belə ki, laboratoriyalara göndərilən keçi, alma və.s nümunələrdə testin nəticələri müsbət çıxıb. Bundan sonra xalqa çağırış edən Tanzaniya Prezidenti bunları deyib:

"Keçilərdən, qoyunlardan, tutuquşulardan, almalardan, hətta işlənmiş avtomobil yağından götürülən nümunələri insan adları ilə əvəz edərək laboratoriyalara göndərdik. Məsələn, Jack Fruitdən (tropik meyvə) aldığımız nümunəni 45 yaşlı Sara Samuel adlandırdıq. Yaxud tutuquşundan aldığımız nümunələri 26 yaşlı Elizabet Ane adı ilə yoxlanılmağa göndərdik. Nəticə "müsbət" oldu. Yəni meyvədən alınan maye virus daşıyıcısıdır. Baxın, bu koronavirusdan danışırıq.

Yaxud, Kwore adlı quşdan aldığımız nümunələr yenə müsbət çıxdı. Yəni nümunələri insanlardan alınmış kimi təqdim etdik və nəticələr müsbət oldu. Bu test kitlərinin arxasında kirli bir oyun var. Tanzaniyalılara tövsiyə edirəm ki, narahat olmayın, panikaya qapılmayın. Bir-birimizi qorxutmayaq. Siyasətçilər də bunu siyasi gündəm olaraq istifadə etməməlidirlər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam