Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Antonio Quterreş jurnalistlərə müraciət edib

 

 BMT-nin baş katibi Antonio Quterreş Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı jurnalistlərə videomüraciət ünvanlayıb.
Yenixeber.org: Müraciətdə deyilir:

"Qorxusuz və qərəzsiz jurnalistika.
Jurnalistlər və media işçiləri əsaslandırılmış qərarlar qəbul etməkdə bizə çox vacib kömək göstərirlər.
Dünyanın COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı bir şəraitdə bu qərarlar ölüm-qalım əhəmiyyəti daşıya bilər.

Ümumdünya Mətbuat Azadlığı Günündə hökumətləri və digərlərini COVID-19 pandemiyası zamanı və ondan sonrakı dövrdə jurnalistlərə öz işlərini yerinə yetirə biləcəklərinə təminat verməyə çağırırıq.

Koronavirus pandemiyasının yayılması həmçinin sağlamlığa zərərli tövsiyələrdən tutmuş konspirologiya nəzəriyyələrinə kimi dezinformasiya pandemiyasına səbəb olub.
Mətbuat isə buna qarşı təsdiqlənmiş, elmə əsaslanan, faktlara söykənə xəbərlər və təhlillə bir çarədir.

Lakin pandemiya başlayandan bəri bir çox jurnalistlər sadəcə öz işlərini yerinə yetirdiklərinə görə artan məhdudiyyətlərə və cəzalara məruz qalır.

Koronavirus infeksiyasına qalib gəlmək üçün hərəkət azadlığına müvəqqəti məhdudiyyətlər önəmlidir. Lakin bunlar jurnalistlərin peşə fəaliyyəti ilə məşğul olma imkanlarını məhdudlaşdırmaq üçün bəhanə kimi istifadə edilməməlidir.

Bu gün biz mediaya faktlar və təhlillər təqdim etdiyinə görə təşəkkür edirik.
Hər bir sektorda rəhbərlərin hesabat verməsini təmin etdiyinə və hakimiyyətə həqiqəti söylədiklərinə görə. Əhalinin sağlamlığı haqqında xəbərləri ilə həyati vacib rol oynayanlara xüsusilə minnətdarıq.

Biz hökumətləri media işçilərini müdafiə etməyə, habelə mətbuat azadlığını möhkəmləndirməyə və dəstəkləməyə çağırırıq.

Bunlar hamı üçün sülhün, ədalətin və insan hüquqlarının təmin olunacağı gələcəyi qurmaqdan ötrü mühüm əhəmiyyət kəsb edir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam