Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kənddə 50 nəfər koronavirusa yoluxdu-Dəfn mərasimində

 

 

 Rusiyanın  Mordoviya muxtar vilayətinin  Ardatovski rayonunun Nizovka kəndində dəfn mərasimindən sonra təxminən 50 nəfər koronavirusa yoluxub.

Yenixeber.org: Bu barədə regional operativ qərargahın "Telegram" kanalında məlumat verilib.

Beləliklə, kənddəki dəfn mərasimi son 24 saat ərzində Mordoviyada yeni yoluxmaların  əksəriyyətinin əsas mənbəyinə çevrilib - Ardat rayonunda 39 yeni yoluxmuşlardan 24 nəfəri həmin kənddə yaşayır. 

"Xəstəliyə yoluxmuş insanlar özləri yoluxma mənbəyinə çevriliblər. Nəticədə Ardatov rayonunun müxtəlif yaşayış məntəqələrinin 50-yə yaxın sakinində artıq COVID-19 təsdiqini tapıb", - qərargahın məlumatında bildirilir.

Bundan əvvəl, kənddəki həmin yas mərasimindən sonra 10 kəndlinin yoluxduğu bildirilmişdi. Operativ qərargahın dediyinə görə, yoluxma mənbəyi olan şəxs Moskvadan qayıdan və dəfn mərasimində iştirak edən sakindir, onun virus daşıyıcı olmasından xəbəri olmayıb.

Ümumilikdə, Mordoviyada 424 yoluxma hadisəsi qeydə alınıb. 18 nəfər sağalıb, 2 nəfər ölüb. Rusiyada ümumilikdə 68 622 nəfər koronavirusa yoluxub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam