Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Səhiyyə Nazirliyi və “Azəriqaz” arasında problem ucbatından kəndlərdə xəstəxanalara qaz verilmir” – MM-in komitə sədri

“Ödənişli təhsil haqları əhalinin gəliri ilə nə dərəcədə mütənasibdir? Bu məsələ nəzərdən keçirilməlidir”.

Yenixeber.org: Bunu bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin (2019-cu il) müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Millət vəkili deyib ki, Ombudsmanın Aliment Fondunun yaradılması ilə bağlı təklifi vacib məsələlərdən biridir: “Əlilliyin təyin edilməsi ilə bağlı isə bəzi tibb müəssisələrində laqeyd yanaşma var. Bəzi şəxslərin əlil olduğunu gözümüzlə görürük. Ancaq məlum olur ki, hansısa sənəd çatışmazlığına görə insana əlillik təyin edilmir. Belə hallar aradan qaldırılmalıdır. Yeri gəlmişkən, Tovuzda bir sıra kəndlərdə xəstəxanalara qaz verilmir, baxmayaraq ki, kəndlərdə qaz var. Bu, Səhiyyə Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyi arasındakı problemlərdən qaynaqlanır. Xəstəxanalara qaz verilməməsinin nə dərəcədə ciddi problemlərə yol açdığı nəzərə alınmalı, bu məsələlər aradan qaldırılmalıdır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam