Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Koçaryan 5 dəqiqə fasilə istəyib, təyyarəyə minib qaçmışdı” - Səməd Seyidov

“Qarabağ Azərbaycandır və nida işarəsi. Bu, sadəcə sözlər deyil. Bu, bir fəlsəfədir, azərbaycançılıq mövqeyidir”.

Yenixeber.org: Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, Ermənistanın Xarici İşlər nazirinin son bəyanatı sonuncu təxribat deyil: “Həmişə Ermənistan əlindən gələni edib ki, status-kvo qalsın. Ermənilər prezidentlərini belə devirib, parlamentlərini güllələyib, insanlığa qarış bütün cinayətləri ediblər ki, təki işğal olunmuş torpaqları saxlasınlar, status-kvo dəyişməsin. Bu da baş tutmayanda danışıqlardan qaçıblar. Parisdə Koçaryan danışıqlarda 5 dəqiqə fasilə istəyib, təyyarəyə minib qaçmışdı. Təəssüf ki, bu gün Paşinyan həmin cinayətkar siyasəti başqa yolla davam etdirir”.

S.Seyidov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qanunsuz seçkilər dünyada tanınmayıb:

“Azərbaycanın mərhələli həll yolu prinsipi qəbul ediləndən sonra Ermənistan danışıqları pozmağa çalışdı. Biz ATƏT-in Minsk Qrupunu bununla bağlı münasibət bildirməyə çağırırıq. Azərbaycan güclü, dünyada qəbul edilən ölkədir. Prezident öz mövqeyini bəyan edib ki, Qarabağ Azərbaycandır, yəni Azərbaycanın ərazi bütövlüyü müzakirə oluna bilməz”.

Sonda S.Seyidov Xarci İşlər Nazirliyinin nümayədələrinin dəvət edilərək komitələrdə iclasların keçirilməsini təklif edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam