Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

COVID-19-la bağlı daha bir maarifləndirmə layihəsi başlayır

 

 

 

 BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Bakı Media Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində COVID-19 pandemiyası ilə bağlı maarifləndirmə layihəsinə başlayır. 

Yenixeber.org: Layihədə məqsəd dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq xüsusilə uşaqlara və onların valideynlərinə zəruri məlumatları sadə, maraqlı və hətta əyləncəli formada təqdim etməkdir.

Layihə çərçivəsində COVID-19 virusu ilə bağlı bir çox istiqamət üzrə maarifləndirici məlumatlar UNICEF-in Azərbaycan nümayəndəliyinin rəsmi Instagram səhifəsində (https://www.instagram.com/unicef_azerbaijan/) yer alacaq. Səhifədə əhalinin evdə qalması zərurəti və virus simptomları, ev şəraitində uşaqların inkişafı ilə bağlı tövsiyələr, gigiyena qaydaları daxil olmaqla sağlam həyat tərzinin təbliği, yalnız etibarlı mənbələrdən məlumatların əldə edilməsi vacibliyi kimi zəruri materiallar təqdim olunacaq.

Həm böyüklərə, həm də uşaqlara maraqlı olacaq layihə çərçivəsində maarifləndirici qrafik çarxlar, uşaqların iştirakı ilə təcrübə xarakterli videolar, sosial şəbəkələrdə interaktiv oyunlar izləyicilərə təqdim olunacaq. Bundan başqa, uşaqlar üçün məzmunlu nağıllar, karantin vaxtı lazım ola biləcək psixoloji dəstək, bir çox mütəxəssislər və tanınmış şəxslər tərəfindən verilən maraqlı və faydalı məsləhətlər də səhifədə yerləşdiriləcək. UNICEF Azerbaijan Instagram səhifəsində təqdim olunacaq foto, qrafika və video materiallar istənilən sosial və ənənəvi media nümayəndələri tərəfindən də istifadə oluna bilər.

Qeyd edək ki, layihə çərçivəsində kreativ və istehsalat işlərini Bakı Media Mərkəzi həyata keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam