Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“İndiki məqamda Azərbaycanda görülən işlər nümunəvidir” - Deputat

“İndiki məqamda Azərbaycanda görülən işlər nümunəvidir” - Deputat
"Dövlət başçısının insanların həm sağlamlığı, həm də sosial müdafiəsi ilə bağlı atdığı addımlar əhali tərəfindən müsbət qarşılanmaqdadır"
Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, hökumətin 4 istiqamətdə təqdim etdiyi Tədbirlər Planına əsasən pandemiyadan ziyan çəkən 20 sahə üzrə problemlərinin həlli ilə bağlı mühüm işlər görülür.

"Bura ölkədə makroiqtisadi sabitliyin qorunması, fiskal dayanıqlılığın təmin edilməsi, sahibkarlıq subyektlərinin qorunub saxlanması, eyni zamanda, paralel olaraq əhalinin sosial təminatı ilə bağlı məsələlər daxildir. Ölkəmizdə 1 milyon 600 min muzdla işləyən işçi var. Bunlardan təxminən 970 mini dövlət sektorunda çalışır. 700 min insanın 304 mini sahibkarlarla müqavilə əsasında fərdi qaydada çalışanlardır. Dövlətin qəbul etdiyi qərara əsasən, həmin vətəndaşların aylıq əmək haqları verilir. Verilən əmək haqlarının 50 faizi dövlət tərəfindən sahibkarlara kömək məqsədi daşıyır. Digər tərəfdən 200 min insana 190 manat verilməklə ölkədə əhalinin sosial müdafiəsi təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Mərkəzlərinə müraciətlərin sayı artmaqdadır. Bu müraciətlərə adekvat olaraq Prezident tərəfindən yenidən hökümətə tapşırıq verilib ki, ödəniş verilən insanların sayı 600 minə çatdırılsın”.

Deputatın sözlərinə görə, görülən tədbirlər əhalinin sağlamlığının qorunmasına, sosial müdafiənin gücləndirilməsinə və iqtisadi aktivliyin artmasına səbəb olacaq.

“Dünya təcrübəsi göstərir ki, hansı dövlətlər əhalinin sağlamlığına pandemiya dövründə daha çox fikir verə bilirsə, ondan sonrakı dönəmdə iqtisadi aktivlik artmaqdadır. Nəzərə alsaq ki, karantin rejiminə daha ciddi əməl etsək, postpandemiya dövründə bizim iqtisadiyyatımızın buna əməl etməyən dövlətlərdən 3 dəfə artıq inkişafı təmin ediləcək. Bu nöqteyi-nəzərdən dövlət başçısının insanların həm sağlamlığı, həm sosial müdafiəsi ilə bağlı atdığı addımlar əhali tərəfindən müsbət qarşılanmaqdadır".

Bu baxımdan, deputat hesab edir ki, indiki məqamda Azərbaycanda görülən işlər, həyata keçirilən tədbilər nümunəvidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam