Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Sərnişinlər çağırışlarımıza məhəl qoymurlar” - DANX

“Sərnişinlər çağırışlarımıza məhəl qoymurlar” - DANX
“Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi haqqında qərarında da deyildiyi kimi sərnişin daşınma üzrə fəaliyyət göstərən avtobusların salonunda olan sərnişinlərin icazələrinin olub-olmamasına qədər yoxlanılacaq. Təəssüf ki, sərnişinlər çağırışlarımıza məhəl qoymurlar”.
Yenixeber.org: Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova sərnişinlərə müraciətində bəyan edib.

O, ötən gün ərzində ölkənin regionlarında sərnişin daşınma üzrə müşahidə edilmiş göstəriciləri açıqlayıb:

“Gəncədə, Sumqayıtda, Şəkidə, Şirvanda, Salyanda, Tovuzda, Qazaxda və Bərdədə həddindən çox sərnişin sıxlığı müşahidə edilib. Bizim məqsədimiz regionlarda sərnişin daşınmasının 95%-lik azalmasına nail olmaq idi. Belə ki, ötən gün Gəncədə 4 min, Sumqayıtda 48 min, Lənkəranda 1 500, Mingəçevirdə isə 1 400 sərnişin daşınıb.

Bununla yanaşı, Nazirlər Kabineti yanında Operativ Qərargahın çağırışlarına əməl edən regionlar da var. Lerikdə sərnişin daşınması 100%-lik azalma müşahidə edilib. YardımlıSiyəzənQaxZaqatalaBalakənQubaXızıSabirabad kimi regionalarda sərnişin daşınmasında tamamilə sıxlıq aradan qaldırılıb.

Xatırladaq ki, aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulacaq. Bildirilib ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək bir sıra qaydaların tətbiqi ilə bağlı qərara alıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam