İspaniyada 100 yaşlı qadın koronavirusdan sağalıb.

Yenixeber.org: Bu barədə Asturiya muxtar əyalətinin səhiyyə departamenti bildirib.

Məlumata əsasən, Aviles şəhərində xəstəxanada müalicə alan qadın bu gün evə buraxılıb.

Qeyd edək ki, bu gün yoluxma sayına görə İspaniya İtaliyanı geridə qoyub.

Bu günədək ölkədə 117 710 nəfər koronavirusa yoluxub, 10 935 nəfər isə həyatını itirib.