Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Prokurorların hüquqları artırıldı

 

 Yenixeber.org: Məlumata görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, “Məşğulluq haqqında” qanunun 4.6-4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulduğu hallarda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. İnzibati Xətalar Məcəlləsində bu halların pozulmasına görə vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

 Qeyd edək ki, “Məşğulluq haqqında” qanunun 4.6-4.8-ci maddələrinin tələbləri aşağıdakı kimidir:

 – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər , ailə kəndli təsərrüfatının üzvləri, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər, Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları barədə təqdim edilmiş məlumatları həmin məlumatlar təqdim olunduğu gündən ən geci 1 ay müddətində məşğul şəxslərin reyestrinə daxil etməlidir.

 – Dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər , ailə kəndli təsərrüfatının üzvləri, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər, Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları barədə dövlət orqanları və ailə kəndli təsərrüfatının üzvlərinə dair məşğul şəxslərə dair məlumatların yerli özünüidarəetmə orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), habelə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər həmin torpaq paylarına dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlara (qurumlara) həmin maddələrdə göstərilən müddətdə təqdim olunmasını təmin etməlidirlər.

 – Muzdla işləyənlər, sahibkarlar, ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar, Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə ən geci 1 ay müddətində daxil edilir.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam