Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Çində koronavirusa yoluxanların 93 faizi sağalıb –Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi

Ötən sutka ərzində Çində koronavirus səbəbindən 4 nəfər ölüb, 31 nəfər isə virusa yoluxub.

Yenixeber.org: Bununla da virusa yoluxanların sayı 81 470 nəfərə çatıb.

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, Çində cəmi 723 idxal koronavirus infeksiyası aşkarlanıb. Son 24 saat ərzində xəstəxanalarda müalicə alan 322 nəfər sağalıb. Hazırda 630 nəfər müalicə alır ki, onlardan da 19-nun vəziyyəti ağırdır.

“Dövlət Komitəsinə 31 əyalətdən (rayonlardan, mərkəzi tabeliyindəki şəhərlərdən) koronavirusla bağlı 2 396 nəfərin xəstə olduğu (633-nün vəziyyəti ağırdır), 75 770 nəfərin sağalaraq xəstəxanadan evə buraxılması barədə məlumat daxil olub. Son məlumata görə, 3 304 nəfər ölüb”.

Hubey əyalətində son 24 saat ərzində yoluxma qeydə alınmayıb, 317 nəfər sağalıb (Uhan şəhərində 315), dörd nəfər ölüb.

Çində koronavirus xəstələrinin sayı hər gün azalır. Belə ki, hazırda ölkədə koronavirusa yoluxanların 93 faizi sağalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam