Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İspaniya koronavirusa təslim olur -Hökumət NATO-dan kömək istədi

 

 İspaniyada sutka ərzində yeni növ koronavirusdan 655 nəfər ölüb. 

Yenixeber.org: CNN-in verdiyi xəbərə görə, bununla virusdan ölənlərin sayı 3600-ü keçib.

Beləliklə, İspaniya koronavirusdan ölənlərin sayına görə Çini ötərək İtaliyadan sonra ikinci yeri tutub.  Qeyd edək ki, ölkədə koronavirus yoluxanların sayı 50 minə yaxınlaşıb.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 3287 nəfərdir.

Azadliq.org-ın məlumatına görə, ispaniyada hökumətdə vəzifəcə üçüncü nazirdə də virus aşkarlanıb.. Ölkədəki qocalar evləri həddən artıq dolub, Madriddə xizək meydançası morqa çevrilib. Çərşənbə günü polis meydançanın yanında qarovul qurub. Adətən uşaqların ad günü şənliklərinin keçirildiyi bu məkana indi ard-arda cənazələr gəlməkdədir.

Baş nazirin müavini Karmen Kalvoda virus aşkarlanıb. Ölkədə tətbiq olunmuş 15 günlük fövqəladə vəziyyət 30 günədək uzadılır. Məktəblər, restoranlar, mağazalar bağlanıb. Martın 14-dən əhali əsasən evlərdən çıxmır.

“Sosial ünsiyyətdə tam azalmaya nail olmuşuq”, – fövqəladə səhiyyə xidmətinin rəhbəri Fernando Simon mətbuat konfransında deyib.

Çərşənbə günü koronovirus diaqnozu qoyulanların sayı 47 min 610-a çatıb. Amma bu rəqəm daha da yüksələ bilər, 137 min işçinin virusla bağlı xəstəlik məzuniyyətinə çıxdığı bəllidir. Minlərlə tibb işçisi də virusa yoluxub. Onlar hökuməti məhkəməyə verir, maska, əlyuma vasitələri, əlcək qıtlığından gileylənirlər.

Ordu NATO-dan ventilyator, qoruyucu geyim, test vasitələri istəyib. Bunu Silahlı Qüvvələrin başçısı Miguel Villaroya deyib.

Hökumət 432 milyon avro (467 milyon dollar) dəyərində maska, əlcək, test vasitələri, ventilyatorlar sifariş etdiyini bildirir. Səhiyyə naziri Salvador Illa deyib ki, sifarişlər səkkiz həftəərzində çatdırıla bilər, ilk çatdırılma bu həftəyə gözlənir.

“Reuters” yazır ki, İspaniyanın şimalında bir ayaqqabı fabriki sadə qoruyucu maska istehsalına başlayıb. Karantin İspaniya iqtisadiyyatına böyük zərbə vurub, onminlərlə işçi müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Ən böyük işəgötürənlərdən olan El Corte Ingles bildirib ki, mağazalarından 22 min işçini çıxarıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam