Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qərib Məmmədovla bacısı oğlunun mülkləri

 

Nazir və komitə sədrinin hədəfi haqqında yeni iddia

Keçmiş komitə sədri və yaxınları hədəfdə!; Hüseynqulu Bağırovla Kərəm Həsənovun ləğv edilən komitənin məsul şəxslərinə məxsus daşınmaz əmlakları araşdırmaq qorxusu var.
"Xeberinfo.com":  Xəbər verdildiyi kimi, Prezident İlham Əliyev Qərib Məmmədovun rəhbərlik etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. 
Fərmana əsasən, ləğv edilmiş komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Prezident Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilir.
 Ləğv edilmiş komitənin torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək sahəsindəki funksiyaları isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilir. 
Fərmana əsasən, komitənin Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Sərhəd Xidməti ilə birlikdə həyata keçirəcək. 
Göründüyü kimi, Qərib Məmmədovun səlahiyyəti Kərəm Həsənov, Hüseynqulu Bağırov və general Elçin Quliyev arasında bölüşdürülüb. 
Baş verənlərlə bağlı ləğv edilən komitənin əməkdaşlarından biri Mia.az maraqlı məqamlardan danışıb. Onun sözlərinə görə, prezidentin bu fərmanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində böyük çaşqınlıqla qarşılanıb: 
«Bununla bağlı Qərib Məmmədovun özü də şokdadır. O, açıq şəkildə bildirib ki, belə bir fərman gözlənilmirmiş. İşçilər isə gələcəklərindən narahatdırlar. Doğrudur, onların bəziləri mütəxəssis kimi vəzifələrində saxlanılacaqlarını düşünürlər. Lakin bu dəqiq deyil. Hər şey Kərəm Həsənovla Hüseynqulu Bağırovun qərarından aslı olacaq. Şübhəsiz ki, hər iki şəxs öz adamlarını yüksək vəzifələrə təyin edəcəklər. Yəni komitənin şöbə rəisləri, müavinlərinə yeni qurumda vəzifə veriləcəyi gözlənilmir. İlkin məlumata görə, onlar Qərib Məmmədovun əsas kadrları ilə işləməyəcəklərini bəyan ediblər”. 
Məlumatlı şəxs deyir ki, Qərib Məmmədov və yaxın ətrafı təhvil-təslim prosesində bir çox gizlinlərinin üzə çıxacaqlarından ehtiyatlanırllar: "Qərib Məmmədov və keçmiş komitənin əksər vəzifəli şəxsləri ölkənin səfalı yerlərində böyük ərazilərə sahibləniblər. Elə Nabran istiqamətində araşdırma aparılarsa, orada Qərib Məmmədovdan tutmuş, komitənin bəzi vəzifəli şəxslərinə qədər, kimlərin nə qədər ərazini ələ keçirdiklərini aydınlaşacaq. Deyə bilərəm ki, Qərib Məmmədov həmin an torpaqların meşə massivi və digər təyinatlı olmasını da nəzərə almayıb. Yəqin ki, bu faktları indi nazir Hüseynqulu Bağırov çəkinmədən, rahat araşdıracaq. Eyni zamanda, komitənin aparat rəhbərinin Bakının ətraf qəsəbələrində ələ keçirdiyi torpaq sahələri də var. Bu yerdə onu da qeyd edim ki, prezidentin qəfil verdiyi bu fərman adıçəkilən vəzifəli şəxslərin bəzi planlarını da əngəlləyib. Yəni onlar ələ keçirmək istədikləri bəzi torpaq sahələrinin sənədlərini tam həll edə bilmədilər. Bəziləri isə sənədlərin tarixini əvvəlki günlərə çəkməklə, məqsədlərinə nail olmağa da çalışırlar. Hər halda, yəqin bunlar təhvil-təslimdə üzə çıxacaq». 
Məlumatlı şəxs Qərib Məmmədovun bacısı oğlu haqqında da Mia.az-a maraqlı faktlar verib: «Qərib Məmmədovun bacısı oğlu komitədə ikinci sədr kimi qəbul edilib. Onun dayısının vasitəsiylə ölkənin ayrı-ayrı zonalarında çox böyük daşınmaz əmlaklar ələ keçirdiyi də sirr deyil. Təsəvvür edin ki, bacısı oğlunun bəzi həlli müşkil məsələlərinə də komitənin rəsmi şəxsləri müdaxilə edərək, aradan qaldırmağa çalışıblar. Sanki dövlət əhəmiyyətli işlə məşğul olurlarmış kimi, Qərib Məmmədovun bacısı oğlunun işlərinə elə yanaşılıb. Əlbəttə, indi bu faktlar Qərib Məmmədov və yaxın ətrafının vəziyyətini gərginləşdirən əsas faktordur».

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam