Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qərib Məmədovun komitəsi niyə ləğv olundu?

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi “bölüşdürüldü”; son müşavirədə İlham Əliyev ona rəhbərlik etdiyi qurum haqda iradlarını bildirmişdi; Qərbi Azərbaycanın nüfuzlu məmurlarından olan sabiq komitə sədri yeni vəzifəyə təyinat da ala bilər

Prezident İlham Əliyev Qərib Məmmədovun rəhbərlik etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb.
"Xeberinfo.com":  APA-ya istinadən xəbərə görə, fərmana əsasən, ləğv edilmiş komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Prezident Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilir.
Ləğv edilmiş komitənin torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək sahəsindəki funksiyaları isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilir.
Fərmana əsasən, komitənin Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Sərhəd Xidməti ilə birlikdə həyata keçirir. 
Nazirlər Kabineti normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməli, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.
1947-ci ildə Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində anadan olan Q.Məmmədov iqtidarda Qərbi Azərbaycandan olan nüfuzlu fiqurlardan hesab olunurdu. Onu hakimiyyətə mərhum prezident Heydər Əliyev gətirib. 1997-ci ilin iyununda o,  Heydər Əliyevin sərəncamı ilə Dövlət Torpaq Komitəsinə rəhbər təyin olunub. 2001-ci ildə və 2004-cü ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sədri təyin olunub. Qərib Məmmədovun rayonlarda olan şöbə mudirlərinə nəzarət edə bilmədiyi barədə mətbuatda dəfələrlə məlumat verilib.
Prezident son müşavirədə ad çəkməsə də birbaşa Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinə daxil olan    istifadəsiz torpaqlarla bağlı ciddi iradını bildirmişdi. 
“İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir” deyə, prezident bildirmişdi. 
Q.Məmmədov hələ ki heç bir vəzifəyə təyinat almayıb. Bir mənbə “Yeni Müsavat”a deyib ki, geniş maliyyə imkanları olan Q.Məmmədovun kənd təsərrüfatı profilli institutlardan birinə rəhbər təyin ediləcəyi gözlənilir.
Mövzuya qayıdacağıq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam