Türkiyənin tanınmış həkimi Ender Saraç karantinə alınıb.

Yenixeber.org: Bazar ertəsindən başlayaraq temteraturu yüksələn həkim, həmkarlarına müraciət edib və hərtərəfli müayinə keçib.

Koronavirusundan şübhələnən Ender Saraç, hazırda karantinə alınıb və testlərinin cavabını gözləyir.

Tanınmış həkimin son durumu ilə bağlı həyat yoldaşı məlumat yayaraq deyib ki, hazırda Ender Saraçın qızdırması yoxdur. Amma yuxarı tənəffüs orqanlarında problemlər müşahidə olunduğuna görə, bir müddət xəstəxanada qalmağa məcburdur.