Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qonşu ölkədə dustaqlar evə buraxılır

 

 

Yeni koronavirusun yayıldığı İranda 85 minədək dustaq müvəqqəti olaraq həbsdən buraxılıb.

Yenixeber.org: “Mirror” xəbər verir ki, bu barədə bildirən Ali Məhkəmə sözçüsüQulamhüseyn İsmayıli həmin şəxslərdən yarısının təhlükəsizliklə bağlı maddələrlə məhkum olunduğunu deyib.

O bildirib ki, biz infeksiyaya qarşı həbs yerlərində ehtiyat tədbirləri görürük.

Q.İsmayıli həmin dustaqların nə vaxt geri qaytarılacağını dəqiqləşdirməyib.

Qeyd edək ki, martın 10-da BMT-nin İranla bağlı xüsusi insan hüquqları məruzəçisi Cavad Rəhman İran hökumətindən virusun yayıldığı həbs yerlərindən bütün siyasi dustaqları müvəqqəti azad etmələrini istədiyini açıqlayıb.

Ötən gün İranda yeni koronavirusdan daha 129 nəfər dünyasını dəyişib ki, bu da gün ərzində ən böyük itkilərdən biridir. Bütövlükdə, COVİD-19 virusuna 14 991 nəfərin yoluxduğu ölkədə indiyədək 853 nəfər ölüb, 4 996 nəfər isə sağalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam