Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Əli Əsədovdan QƏRAR -Xüsusi rejimdə işə keçilir

 


Əli Əsədovdan QƏRAR - Xüsusi rejimdə işə keçilir

Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsus rejimdə iş normalarına dair təlimatları imzalayıb.

Yenixeber.org: Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, təlimatda deyilir:

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə aşağıdakıların təmin edilməsi və icrasına ciddi nəzarət olunması Sizə tapşırılır:

1. İclasların, müşavirələrin və toplantıların yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə keçirilməsinə üstünlük verilsin;

2. Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın;

3. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin;

4. İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin;

5. Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən operativ qərargaha əsaslandırılmış rəsmi müraciət edilsin;

6. Əməkdaşların xarici ölkələrə şəxsi səfərləri məhdudlaşdırılsın;

7. Vətəndaş qəbulu ilə əlaqədar aşağıdakı qaydalara riayət edilsin:

7.1. qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınsın;

7.2. yerlərdə səyyar qəbulların keçirilməsi təxirə salınsın;

7.3. vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin, habelə qaynar xətlərin fasiləsiz fəaliyyəti təmin edilsin;

7.4. vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin;

7.5. mümkün olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil edilsin;

7.6. görülən tədbirlər barədə vətəndaşların məlumatlandırılması təmin olunsun;

7.7. mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşsınlar.

8. Əməkdaşlara sosial məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılsın.

9. Yuxarıda qeyd olunan müddəalar hüquq mühafizə və hərbi xidmət orqanlarına, dövlət əhəmiyyətli və həyat təminatlı obyektlərə, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələrə, səhiyyə və digər tibb müəssisələrinin işçilərinə şamil edilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam