Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

YAP “ÇOX VACİB” TOPLANTIYA YIĞIŞIB –Referendum təşəbbüsü göstəriləcək?... (Yeniləndi)

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib.

Yenixeber.org: İclasda partiya rəhbərliyi və Siyasi Şuranın üzvləri ilə yanaşı, Milli Məclisin YAP üzvü olan deputatları da iştirak edib.

İclasda partiyanın tapşırıq və tövsiyələri deputatların diqqətinə çatdırılıb.

Bununla da YAP Siyasi Şurasının iclası başa çatıb.

                                          ***

Parlamentin bugünkü iclasında spiker Sahibə Qafarova maraqlı açıqlama verib. Spiker deputatlara təklif edib ki, fasiləsiz işləyib müzakirələri tez yekunlaşdırmaq lazımdır, çünki saat 15:00-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) “çox vacib” toplantısı var. Hakim partiyada spikerin də tribunadan səsləndirdiyi "çox vacib" toplantında hansı məsələlər müzakirəyə çıxarıla bilər?

Müşahidəçilərin ehtimallarına görə, YAP konstitusiya referendumu təşəbbüsü ilə çıxış edə bilər. Artıq bir müddətdir siyasi kuluarlarda bu barədə müzakirələr aparılır. Qeyd olunur ki, hakimiyyət siyasi idarəçilikdə ciddi dəyişikliklər aparmaqda maraqlıdır. Proporsional və ya qarışıq seçki siteminin bəra olunması, Nazirlər Kabinetinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, habelə yerli özünüidarəetmənin gücləndirilməsini nəzərdə tutan dəyişikliklər təklif oluna bilər. Bununla yanaşı Prezidentin səlahiyyətinin azaldılması, parlament çoxluğunun formalaşdıracağı hökumətin yaradılmasının konstitusion əsaslarının səsverməyə çıxarılması mümkündür.

Xatırladaq ki, bu gün Ana Vətən partiyasının sədri, deputat Fəzail Ağamalı da Azərbaycanda konstitusiya referendumunun keçirilməsinin vacib olduğunu bildirib. Siyasi müşahidəçilərə deputatın öz təşəbbüsü ilə danışmadığı məlumdur. Ehtimal etmək olar ki, YAP-ın fövqəladə toplantsında bu barədə geniş müzakirələr aparıla bilər.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam