Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Şənbə gününün - havası açıqlandı

Şənbə gününə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-16, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 7-11 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 14-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam