Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Məhkumlarla görüşlər və sovqat qəbuluna qoyulan məhdudiyyətlə bağlı - RƏSMİ AÇIQLAMA

“Koronavirus təhlükəsi ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərlə görüşlərin və sovqat qəbulunun məhdudlaşdırılması ilə bağlı qərar hələ qüvvədədir”.

Yenixeber.org: Bu barədə açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

O qeyd edib ki, ölkədə koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə cəzaçəkmə müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir.

M.Sadıqov deyib ki, məhdudlaşdırmanın nə zaman aradan qaldırılacağı barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Çinin Uhan əyalətində aşkarlanan koronavirus (COVID-19) təhlükəsi qısa zamanda bir çox ölkələrə yayılıb. Ən son məlumata görə, Azərbaycanda 10 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam