Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğanı koronavirusdan belə qorudular-Video

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın AKP-nin parlamentdə keçirilən qrup toplantısında çıxışından sonra maraqlı an yaşanıb.

Yenixeber.org: Ərdoğan millət vəkilləri ilə söhbət edərkən bir neçə nəfərdən ibarət heyət termal kamera ilə dövlət başçısının ətrafındakı insanları izləyib.

Bildirilir ki, temperaturu 36 dərəcəni keçən hər hansı şəxs aşkarlanmayıb.

Qeyd olunur ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) ilk dəfə tətbiq edilən bu tədbir davamlı olacaq.

Bu məqamda bildirək ki, martın 11-də Türkiyədə koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Xəstənin Avropa səfərindən qayıdan Türkiyə vətəndaşı olduğu müəyyənləşib.

Ərdoğan AKP-nin TBMM-dəki çıxışında “COVİD-19”a yoluxan şəxs barədə bunları deyib: “Müayinələr nəticəsində Avropadan gələn vətəndaşlarımızdan birində koronavirus aşkarlanıb. Vəziyyəti yaxşı olan bu vətəndaşın müalicəsi hələ də davam edir. Hazırda ailəsi və yaxın dostları nəzarət altındadır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam