Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Baş naziri sosial şəbəkə hesablarını qadınlara verdi

 

 

Hindistanın baş naziri Narendra Modi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sosial şəbəkələrdəki hesablarını bir günlük qadınların istifadəsinə verib.

Yenixeber.org: Bu barədə baş nazir özünün “Twitter”dəki səhifəsində bildirib.

Qadınları bayram münasibətilə təbrik edən baş nazir bildirib ki, bir neçə gün əvvəlki vədinə əməl edərək sosial şəbəkədəki hesablarından çıxır. Narendra Modi qeyd edib ki, bu gün yeddi qadın onun hesabları vasitəsilə sosial şəbəkələrdə özlərinin həyat təcrübəsini bölüşəcəklər.

Baş nazirin “Twitter”dəki vasitəsilə sosial şəbəkəyə daxil olan birinci qadın “Food Bank India” proqramının banisi Snexa Moxandoss olub. Snexa Moxandoss bütün həmvətənlərini, xüsusən qadınları onun səsinə səs verməyə və ətrafında toplaşmağa, xeyriyyəçilik işləri ilə məşğul olmağa çağırıb.

Qeyd edək ki, Narendra Modi - sosial şəbəkələrdə ən məşhur olan dünya liderlərindən biridir: onun “Twitter”də 53,3 milyon, “Facebook”da 44 milyon, “Instagram”da 35,2 milyon izləyicisi var. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam