Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 24% artıb –Milli Turizm Administrasiyası

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan Gürcüstana səfər edənlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42 901 nəfər və ya 24,4% artaraq 218 753 nəfərə çatıb.

Yenixeber.org: Bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Qeyd edilib ki, ötən ilin yanvar-fevral ayları ərzində Gürcüstana səfər edənlərin sayı 175,852 nəfər təşkil edib.

Təkcə fevral ayında isə Gürcüstana Azərbaycandan 94 219 nəfər səyahət edib ki, bu da əvvəlki ilin hesabat dövrü ilə müqayisədə 10 708 nəfər və ya 12,8% çoxdur. Ötən ilin fevralında Azərbaycandan Gürcüstana 83 511 nəfər səyahət edib.

Hesabat dövründə Gürcüstana ümumilikdə 466 409 nəfər səyahət edib ki, bu da əvvəlki illə müqayisədə 3 136 nəfər və ya 0,7% azdır. Ötən ilin ilk iki ayında Gürcüstana 469 545 nəfər səyahət edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam