Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nur-Sultan-Bakı aviareysi koronavirusa görə ləğv olunur –Sənaye və İnfrastruktur İnkişaf nazirinin müavini

Martın 5-dən etibarən Qazaxıstandan koronavirus infeksiyasının (COVID-19) yayıldığı ölkələrə uçuşların sayı azaldılacaq.

Yenixeber.org: Bunu Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf nazirinin müavini Berik Kamaliyev deyib.

“Martın 5-dən etibarən Nur-Sultan-Bakı istiqamətində uçuşlar ləğv ediləcək. Almatı-Bakı və Aktau-Bakı istiqaməti üzrə uçuşlar həftədə bir dəfəyədək endiriləcək. Nur-Sultan-Tokio aviareysi üzrə uçuşların sayı da bir dəfəyədək azaldılacaq”, – nazir müavini bildirib.

Kamaliyev qeyd edib ki, martın 1-dən bu reyslərə bilet alan sərnişinlər biletləri aldıqları yerdə tam və heç bir pul tutulmadan qaytara bilərlər.

Xatırladaq ki, bundan öncə Qazaxıstanın “SCAT Airlines” şirkəti Aktaudan Bakıya hər gün, “Air Astana” aviaşirkəti isə Nur-Sultandan və Almatıdan Bakıya həftədə iki dəfə uçuşlar yerinə yetirirdi.

“Air Astana” aviaşirkətindən bildirilib ki, Nur-Sultan-Bakı aviareysinin nə vaxt bərpa olunacağı hələ məlum deyil. 

Qeyd edək ki, koronavirusun yayılması ilə əlaqədar olaraq Qazaxıstan İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Hökumət 480 Qazaxıstan vətəndaşını Çindən təxliyə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam