Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AZAL - yeni aviareyslərin açılması istiqamətində aktiv işlər aparır

AZAL yeni aviareyslərin açılması istiqamətində aktiv işlər aparır

Bu ilin ilk dörd ayı ərzində Azərbaycanın hava limanları təxminən 1,5 mln. sərnişinə xidmət göstərib.

Yenixeber.org: "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən verdiyi məlumata görə, bu barədə AZAL-ın prezidenti Cahangir Əsgərov Bakıda Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüş zamanı bildirib.

Görüş zamanı C. Əsgərov ölkənin beynəlxalq aeroportlarında sərnişin axınının artdığını qeyd edib.

Görüşdə Azərbaycan və Misir arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

C. Əsgərovun sözlərinə görə, yeni xarici aviaşirkətlərin cəlb edilməsi və yeni aviareyslərin açılması istiqamətində aktiv iş davam edir. Belə ki, iyunun 8-dən etibarən hər şənbə "Embraer-190" təyyarəsi ilə həyata keçirilməsi planlaşdırılan Bakı-Qahirə-Bakı marşrutu üzrə çarter aviareysinin açılmasına dair danışıqlar davam edir.

Həmçinin, Qazaxıstanın Azərbaycandan beşinci "hava azadlığı" hüququnu qazanan "SCAT Airlines" aviaşirkəti ilə danışıqlar aparılır. İyulun 18-dən etibarən aviaşirkətin Nur-Sultan–Bakı–Şarm əl-Şeyx marşrutu üzrə həftədə bir dəfə uçuşlar həyata keçirəcəyi gözlənilir. Uçuşlar cümə axşamı günləri "Boeing 757" təyyarəsi ilə həyata keçiriləcək.

Adel İbrahim Ahmed İbrahim bildirib ki, Bakıda keçirilən danışıqlar iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcək. Diplomatın sözlərinə görə, yeni aviareyslərin açılması iki ölkə arasında turizm və işgüzar əlaqələrin inkişafı üçün əlavə stimul olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam