Ermənistanda koronavirusa görə hərbi hissələrə valideynlərin girişi qadağan edildi, məzuniyyətlər təxirə salındı

Yenixeber.org: Regionda, xüsusən İranda, koronavirus xəstəlikləri ilə əlaqədar olaraq, fevralın 25-dən etibarən hərbçilərin valideynlərinin və qohumlarının bütün hərbi hissələrə daxil olması və hərbçilərə baş çəkməsi qadağan olunub.

Bununla yanaşı, hərbçilərin növbəti məzuniyyətləri də müəyyən müddətə təxirə salınıb.

“Aysor.am” saytını yaydığı xəbər görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bu tədbirlərin və qadağaların əsas məqsədi koronavirusun hərbi hissələrə daxil olmasının qarşısını almaqdır.