Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyədə zəlzələ zamanı xəsarət alanların sayı artdı - FOTO -YENİLƏNİB-3

 

 

İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə xəsarət alanların sayı 50 nəfərə çatıb.  

Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. 

"Van vilayətində zəlzələ zamanı xəsarət alan 50 nəfərin hamısına zəruri tibbi yardım göstərilib. Vəziyyəti cərrahi müdaxilə tələb edən xəstələrin hamısı əməliyyat olunub. Hazırda iki yaralı reanimasiyadadır", - nazir bildirib. 

Qeyd edək ki, zəlzələ zamanı 9 nəfər ölüb.


***16:02

İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə ölənlərin sayı 9 nəfərə çatıb.

Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir qeyd edib ki, təbii hadisə zamanı xəsarət alanların sayı 37 nəfərə çatıb. 

Daha əvvəl zəlzələ zamanı 8 nəfərin öldüyü, 21 nəfərin xəsarət aldığı bildirilirdi. 


***13:02

İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə ölənlərin sayı 8 nəfərə çatıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

O, qeyd edib ki, zəlzələ zamanı 21 nəfər xəsarət alıb. Nazir yaralılardan 8-nin vəziyyətinin ağır olduğunu qeyd edib. 

Təbii hadisə həmçinin dağıntılara səbəb olub, yaşayış evləri zərər çəkib.


***12:13

Türkiyənin İranla sərhədindəki zəlzələ zamanı bu ölkənin bir neçə vətəndaşı həlak olub.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Haber Türk” telekanalının efirində bildirib.

O qeyd edib ki, zəlzələ zamanı Van vilayətində 7 nəfər ölüb. Nazirin sözlərinə görə, ölkənin daha 5 vətəndaşı müxtəlif xəsarətlər alıblar. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, İran-Türkiyə sərhədində 5,7 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Təbrizdən 141 kilometr qərbdə yerləşib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam