Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabah hava necə olacaq? –Proqnoz

 

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

 

Yenixeber.org:  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 19-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 771 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi cənub rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Havanın temperaturugecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam